Logo

Partiya sədri karantin qaydalarını pozdu - Toydan çıxarıldı

Partiya sədri karantin qaydalarını pozdu - Toydan çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu üçün polis tərəfindən cərimələnib.

Sfera.az xəbər verir ki, Əli Əliyev vaksini olmadan noyabrın 25-də saat 20:00 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsi 7 ünvanında yerləşən "Cıdır" restoranında toy mərasiminə qatılıb. Sözügedən restoranda polis tərəfindən aparılan yoxlama zamanı Əli Əliyevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozması faktı aşkarlanıb.

Nəticədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Əli Əliyev qanunun tələblərinə uyğun olaraq, 200 AZN cərimə olunaraq, restorandan uzaqlaşdırılıb.

Qeyd edək ki, Əli Əliyev ixtisasca həkimdir. Koronavirusdan qorunmada hər kəsdən əvvəl o insanlara nümunəvi davranış nümayiş etdirməlidir. Təəssüf ki, radikal müxalifətin digər nümayəndələri kimi, Əli Əliyevin də əməli ilə sözləri ziddiyət təşkil edir.

(demokrat)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR