Logo

Cəlilabadda 31 yaşlı kişini avtomobil vurdu

Cəlilabadda 31 yaşlı kişini avtomobil vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Xankişiyev Atakişi Bayraməli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə yerli xəstəxanaya çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ bazu sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR