Logo

Yol idarəsində dava - Kişini “KamAZ”ın altına itələyərək öldürdü

Yol idarəsində dava - Kişini “KamAZ”ın altına itələyərək öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsində dava olub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə idarənin həyətində baş verib.

Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi "KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR