Logo

Oğuzda avtomobil qəzası nəticəsində bir kəndin elektrik təchizatı kəsildi

Oğuzda avtomobil qəzası nəticəsində bir kəndin elektrik təchizatı kəsildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Oğuzda minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə saat 20 radələrində rayonun Muxas kəndində baş verib.

"Skoda" markalı 90 MS 727 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirilməsi səbəbindən yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan iki sərnişin, Sumqayıt şəhər sakinləri - 1984-cü il təvəllüdlü Aygün Sakit qızı Alməmmədova və 1993-cü il təvəllüdlü Rüfanə Laçın qızı Alməmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzadan sonra elektrik dirəyi yarasız hala düşüb, naqillər qırılıb. Muxas kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda Oğuz rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları qəzanın aradan qaldırılması istiqamətində iş aparırlar.

(Apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR