Logo

Şirvanda fərdi yaşayış evində yanğın baş verdi

Şirvanda fərdi yaşayış evində yanğın baş verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şirvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Sfera.az xəbər verir ki, hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 5/1 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şirvan sakini, 1964-cü il təvəllüdlü Ağayev Rəhim Əkbər oğluna məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evin tavan hissəsinin 170 kv.metr sahəsi yanıb. Yanğın yerinə Şirvan YMX-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

(Apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR