Bakıda mənzildə 63 yaşlı qadının meyiti tapılıb
Kateqoriya məlum deyil
Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Məmmədova Nərminə Fərman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.






