Bakıda 29 yaşlı oğlanı maşın vurdu
Kateqoriya məlum deyil
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Cavadov Əmrah Abdul oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.
Ə.Cavadovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.






