Logo

Qazaxda qaydaları pozan toy sahibləri məsuliyyətə cəlb olundu

Qazaxda qaydaları pozan toy sahibləri məsuliyyətə cəlb olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qazaxbəyli, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil ediblər.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR