Logo

Goranboyda piyadanı yük maşını vuraraq öldürdü

Goranboyda piyadanı yük maşını vuraraq öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Goranboy rayonundan piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

Sfera.az-a verilən məlumata görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Mirzəyev Rüfəti "Mercedes" markalı yük maşını vurub. Piyada ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sfera.az

Sami Sülüymanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR