Logo

Bələdiyyə işçiləri onlarla iti diri-diri basdırdılar - Səs-küyə səbəb olan VİDEO

Bələdiyyə işçiləri onlarla iti diri-diri basdırdılar - Səs-küyə səbəb olan VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Konya bölgəsində onlarla it diri-diri basdırılıb.

Sfera.az bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Sarayönü bələdiyyəsinin işçiləri iynə ilə heyvanları keyitdikdən sonra onları tikinti sahəsindəki çuxurda basdırıblar.

Görüntülər çuxura atılan itlərdən birinin keyidicinin təsirindən çıxaraq, hadisə yerindən qaçdığını göstərir. Sözügedən video sosial mediada səs-küyə səbəb olub. Baş verənləri mobil telefonu ilə qeydə alan şəxs isə bildirib ki, bələdiyyə işçiləri bir neçə gündür bu işlə məşğuldurlar.

Faktla bağlı araşdırma aparıldığı açıqlanıb.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR