Bakıda beşmərtəbəli yaşayış binasında yanğın oldu
Kateqoriya məlum deyil
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə 2 p.m mətbəx mebeli və ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






