Logo

Qubada baş verən ağır yol qəzasında 3 nəfər öldü, yaralanan var

Qubada baş verən ağır yol qəzasında 3 nəfər öldü, yaralanan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.

Sfera.az-ın məlumatına görə, Alekseyevka kənd sakini,1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Qubada baş verən ağır yol qəzasında 3 nəfər öldü, yaralanan var

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR