Logo

Bakıda meyvə-tərəvəz bazasında yanğın - 7 texnika cəlb edildi - VİDEO

Bakıda meyvə-tərəvəz bazasında yanğın - 7 texnika cəlb edildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Nərimanov rayonunda yanğın baş verib.

Sfera.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 7 texnika və canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR