Logo

Qazaxda yanğın olub, xəsarət alan var

Qazaxda yanğın olub, xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qazax rayonunda fərdi evin həyətinə yığılmış ot bağlamaları yanıb, xəsarət alan var.

Sfera.az xəbər verir ki, hadisə rayonun Böyük Cəfərli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus fərdi evin həyətində olan ot bağlamaları hələ ki, bilinməyən səbəbdən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı bir nəfər, 1982-ci il təvəllüdlü İsrət Məmmədov qolundan xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Faktla bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR