Balakəndə "Azərbaycan Dəmir Yolları”na məxsus avadanlıq yandı
Kateqoriya məlum deyil
Balakən rayonunda "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 40 m² olan elektrik otağında 1 ədəd idarəetmə avadanlığı yanıb.
Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Digər avadanlıqlar və otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






