Logo

Rusiyada dəhşətli qəza - 3 Azərbaycan vətəndaşı öldü

Rusiyada dəhşətli qəza - 3 Azərbaycan vətəndaşı öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Stavropol şəhərində baş verən yol qəzasında 3 Azərbaycan vətəndaşı vəfat edib.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatına əsasən, qəza "Qafqaz” federal yolunun 296-cı kilometrliyində baş verib. Belə ki, Mineralnıe Vodı şəhərindən Nevinnomıssk istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobil qarşıdan gələn "KamAz” markalı yük maşını ilə toqquşub. İlkin ehtimal kimi məsafənin düzgün seçilmədiyi göstərilir.

Qəza nəticəsində "Mercedes”də olanlar- 3 azərbaycanlı hadisə yerindəcə ölüblər. Sürücü və digər 2 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların arasında 15 yaşlı qızın da olduğu bildirilir.

Vəfat edən azərbaycanlıların elə bu gün sərhəddən keçirildiyi qeyd edilir. /qafqazinfo/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR