Cəlilabadda ağır yol qəzası: Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 5-i saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakini R.Bayramov idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əli Ağazadə orada ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.






