Logo

Balakəndə qəzada bir ailənin üç üzvü yaralandı

Balakəndə qəzada bir ailənin üç üzvü yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Balakəndə baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Sfera.az-ın məlumatına görə hadisə rayonun Talalar kəndi ərazisində baş verib.

Belə ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarəetdiyi yük avtomobili ilə Balakən rayon Talalar kənd sakini Ceyhun Orucovun idarəetdiyi "VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan "VAZ 2107" markalı avtomobilin sürücüsü Ceyhun  Orucov və onun  avtomobilində olan sərnişinlər - sürücünün həyat yoldaşı, 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR