Qəbələdə iki avtomobilin toqquşması qadının xəsarət alması ilə nəticələndi
Kateqoriya məlum deyil
Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1974-cü il təvəllüdlü İsmayılova Zərifə Cari qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.






