Bakı və Sumqayıtda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edildi
Kateqoriya məlum deyil
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.
Bu barədə Sfera.az FHN-ə istinadən xəbər verir.
Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hər iki vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər; Digər bir məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.






