Qəbələdəki meşə yanğını ilə bağlı son məlumat - VİDEO
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Mülki müdafiə qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və 3 texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin 25 nəfər əməkdaşı və 15 nəfər yerli sakin iştirak edir.
Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.






