Şirvanda çörək sexində partlayış: Ölən var
Kateqoriya məlum deyil
Şirvanda çörək sexində partlayış olub. Nəticədə Şirvan şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həlak olub.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qeyd edək ki, partlayış zamanı küçədəki avtomobilə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.






