Gənc oğlan Kür çayında boğuldu
Kateqoriya məlum deyil
Salyanda gənc oğlan Kür çayında batıb.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarışlar işləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.






