Logo

Göyçayda direktor müavini faciəli şəkildə öldü

Göyçayda direktor müavini faciəli şəkildə öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində vəfat edib.

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su motoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, motorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub.

X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR