Logo

Yevlaxda avtomobil motosikleti vurdu, xəsarət alan var

Yevlaxda avtomobil motosikleti vurdu, xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az-a verilən məlumata görə, hadisə Yevlax şəhərində,  2 nömrəli Tam Orta Məktəbin yaxınlığında qeydə alınıb.

Minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosiklet idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı motosikletin sürücüsü, Yevalax rayon sakini, 1969-cü il təvəllüdlü Qorxmaz Göyüşov müxtəlif bədən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Turan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR