ABŞ Azərbaycana 10 minaaxtaran it verdi
Sfera.az xəbər verir ki, xüsusi təlim keçmiş ilk 10 it avqsutun 23-də "Silk Way West Airlines" şirkəti tərəfindən təmənnasız olaraq ANAMA-ya çatdırılıb.
Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasiminın avqustun 26-da Bakıda keçiriləcəyi nəzərdə tutulur.
Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.
Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.






