24 yaşlı gənc Kürdə boğulub öldü
Kateqoriya məlum deyil
Samuxda gənc oğlan Kür çayında boğulub.
Sfera.az xəbər verir ki, söhbət Şəmkir rayonunun Ağlavaşlı kənd sakini, 1997-ci il təvəllüdlü Ələkbər Ələkbərovdan gedir.
Onun meyiti sakinlər tərəfindən tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.






