Logo

ŞOK "AZAL" təyyarəsində dava, söyüş, yumuruqlaşma və s.

ŞOK "AZAL" təyyarəsində dava, söyüş, yumuruqlaşma və s.
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hadisə bu gün Bakı-Muğla aviareysini yerinə yetirən təyyarədə baş verib.

Bu gün Bakı-Muğla aviareysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarədə sərnişinlərlə şirkət əməkdaşları arasında dava düşüb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə Əlaqələr müdiri Şəfa Mehmanqızı məlumat verib. Həmin təyyarə ilə Bodrumda istirahət üçün türkiyənin Muğla vilayətinə uçan Şəfa Mehmanqızı sosial şəbəkələrdəki statusunda bu hadisəyə yer verib. Şəfa Mehmanqızı qeyd edib ki, təyyarədə iki dava düşüb.
"Facebook"dakı status belədir: "Demeli, novbeti AZAL biabirciligi! Teyyarede uchusha 5 deq qalmish, Azal emekdashi ile sernishinin biri mubahise etdi, yumruq davasina cixdilar, bir birilerini teyyareden bayirda razborkaya cagirdilar. 1 saat kechdi, bu defe basqa bir stüartla basqa bir sernisin serbest guleshin butun fendlerini numayish etdirdiler. Tebii ki, soyush ve tehqirler de bonus olaraq. Usaqlar agladi, qadinlar qisqirdi. Bir sozle, biabirciliq! Ve ucushun sonunda o qizin sesi 3 saatliq uchushda bas verenlerin fonunda cox gozel seslenirdi: Bizimle ucdugunuz ucun tesekkurler. Sizinle bir daha gorusmeye shad olariq!"
Şəfa Mehmanqızının hadisə ilə bağlı "Facebook"da yazdığını olduğu kimi təqdim edirik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR