Logo

Bir yumruqla kəllə sümüyü beyninə batdı - VİDEO

Bir yumruqla kəllə sümüyü beyninə batdı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İstanbul şəhərində - Taksim ərazisindəki gecə klubunun qarşısında mübahisə yaşanıb.

Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gecə klubuna gələn 42 yaşlı Murta K. spirtli içkinin təsiri ilə məkanın mühafizə əməkdaşı ilə dalaşıb və onu təhqir edib.

Murat K. mühafizədən üzr istəmək üçün çölə çıxsa da, tərəflər arasında yenidən mübahisə yaşanıb. Onlar bir-birini qarşılıqlı təhqir edib və söyüş söyüb. Mühafizə Fırat İ. əsəbləşərək Murat K.-ya yumruq vurub. Yumruğun təsiri ilə yerə yıxılan 42 yaşlı şəxsin başı divara çırpılıb, kəllə sümüyü sınaraq beyninə batıb.

Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb. Murat K-nın beyninə batan sümük çıxarılsa da, o komaya düşüb.

Hadisəni törədən Fırat İ. həbs edilib.

Bir yumruqla kəllə sümüyü beyninə batdı - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR