Logo

Maşın ağaca çırpıldı, sürücü xəsarət aldı

Maşın ağaca çırpıldı, sürücü xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Zaqatala sakini qəzaya düşüb.

Sfera.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zaqatala şəhər sakini Rəsul Aydın oğlu Duxiyev maşınla hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Rəsul Duxiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR