Xaçmazda dənizdə batan kişinin şəxsiyyəti məlum oldu
Kateqoriya məlum deyil
Xaçmazda dənizdə boğulan kişinin şəxsiyyəti müəyyənləşdirilib.
Sfera.az-ın verdiyi məlumata görə, onun rayona istirahət üçün gələn Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əhməd Zeynal oğlu Rufullayev olduğu məlum olub.
Qeyd edək ki, hadisə İstisu qəsəbəsinin sahilində qeydə alınıb.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






