Logo

Kürdəmirdə dəhşətli qəzada ata, ana və qızı öldü - ÜÇ YARALI VAR

Kürdəmirdə dəhşətli qəzada ata, ana və qızı öldü - ÜÇ YARALI VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Gəncə istiqamətində hərəkət edən "Mercedes” markalı minik maşını eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan sürücü və sərnişinləri hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, minik maşınında olanlar bir ailənin üzvləridir. Onların Zərdab rayon sakinləri olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdəki qəzada ölənlər bunlardır: Zərdab rayon sakinləri – 1975-ci il təvəllüdlü Hüseynov Qalib Sadiq oğlu, həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Aytəkin Heydər qızı, qızı, 2010-cu il təvəllüdlü Hüseynova Gülər Qalib qızı.

Sürücü, 1979-cu il təvəllüdlü Abbasov İkram Abbas oğlu, ailənin oğlu, 2015-ci il təvəllüdlü Hüseynov Sabiq Qabil oğlu və 2019-cu il təvəllüdlü bacısı Hüseynli Aynur Qabil qızı yaralanıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR