Maşın yoldan çıxaraq aşdı - Yaralılar var
Kateqoriya məlum deyil
Zaqatalada avtomobil yoldan çıxaraq aşıb.
Sfera.az xəbər verir ki, hadisə bu gün axşam radələrində Zaqatala-Mazıx-Qəbizdərə avtomobil yolunun Qəbizdərə kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayon sakini Hüseynov Şəmsəddin Bəxtiyar oğlu idarə etdiyi "Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə, avtomobili dərəyə aşırıb.
Hadisə zamanı sürücü Şəmsəddin Hüseynov və avtomobildə olan sərnişin, Zaqatala rayon sakini Bayramov Əfqan Teymur oğlu aldıqları bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
(Qafqazinfo)






