İki “Hyundai” toqquşdu, yanğın baş verdi
Kateqoriya məlum deyil
Kürdəmir rayonunun Atakişili kəndində "Hyundai” markalı iki minik avtomobili toqquşub.
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, toqquşmadan sonra yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində bir minik avtomobilinin yanar hissələri yanıb.
Digər avtomobil yanğından mühafizə olunub. Yanğın söndürülüb.






