Xəzər dənizində batan gəncin meyiti tapıldı
Kateqoriya məlum deyil
Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) bir nəfər batıb.
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyə 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
***
Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.
FHN-dən Sfera.az-a verilən məlumata görə, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.






