Logo

Bakı metrosunda qadın qatar yoluna düşdü

Bakı metrosunda qadın qatar yoluna düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün saat 12:51-də "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti dayanıb və aidiyyəti üzrə məlumat verib. Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.

"İnsidentlə bağlı Bakı metrosunun "Yaşıl" və "Qırmızı" xətlərində 10 dəqiqəyə yaxın yubanma olub və tezliklə aradan qaldırılacaq", - deyə o, qeyd edib.

Qatar yoluna düşmüş qadın 1967-ci il təvəllüdlü Dilgüşə Bəkirovadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR