Logo

Gədəbəydə baş vermiş qəzada 8 nəfər yaralandı - SİYAHI

Gədəbəydə baş vermiş qəzada 8 nəfər yaralandı - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gədəbəydə baş vermiş qəza nəticəsində yaralanan şəxslərin adları açıqlanıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il), Həsənova Çiçək İsmayıl qızı (1964-cü il), Musazadə Leyla Vüqar qızı (2008-ci il), Əsgərzadə Samirə Qəzənfər qızı (1987-ci il), Musayeva Vəfa Qəzənfər qızı (1988-ci il), Musazadə Fatimə Vüsal qızı (2009-cu il), Musayev Camal Vüsal oğludur (2018-ci il).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.

***

Gədəbəy rayonunda idarəetmədən çıxan avtomobil dərəyə aşıb.

Hadisə rayonun Saratofka kəndində baş verib. İlkin məlunata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərdən bir neçəsi Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə aparılıb.

Hazırda xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

()

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR