Logo

23 yaşlı azərbaycanlı dənizçi itkin düşdü

23 yaşlı azərbaycanlı dənizçi itkin düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qara dənizdə 23 yaşlı azərbaycanlı dənizçi itkin düşüb.

Sfera.az bildirir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

Məlumata görə, itkin düşən gənc dənizçi Odessa şəhərindən İspaniyaya gedən "ONEY Z” gəmisinin göyərtəsində olub. O, həmin gəmidə təcrübə keçirmiş.

Avqustun 7-də səhər saat 10-da gəncin yoxa çıxdığı məlum olub.

Adı açıqlanmayan gəncin axtarışına Bolqarıstan Hərbi-Dəniz Qüvvələri də cəlb olunub.

Əraziyə baxış üçün helikopter göndərilsə də, dənizçini tapmaq mümkün olmayıb.  Əməliyyat Türkiyənin ərazi sularında davam etdirilir.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR