Logo

Hacıqabulda yaşayış evi yanıb

Hacıqabulda yaşayış evi yanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hacıqabulda yanğın hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.

Kənd sakini, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümmətalı oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 144 kv metr olan fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq, külə dönüb. Bundan başqa evin həyətyani sahəsində olan ümumi sahəsi 64 kv metr olan tikili də yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR