Logo

“Ford” motosikletlə toqquşdu, iki qardaş yaralandı

“Ford” motosikletlə toqquşdu, iki qardaş yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Zaqatalada qəza baş verib, iki qardaş xəsarət alıb.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Çobankol kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Ford” markalı  yük avtomobili ilə  rayonun Çobankol kənd sakini 1979-cu il təvəllüdlü Aslan Ələddin oğlu İsmayılovun idarə etdiyi qoşqulu motosiklet toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Aslan İsmayılov və  qardaşı, 1988-ci il təvəllüdlü Tərlan Əllədin oğlu İsmayılov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR