Logo

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayonunun Türkmən kənd sakini Sədaqət Novruzovanın idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Nəticədə avtomobilin içərisində olan sərnişinlər - 1966-ci il təvəllüdlü Əsədova Cəmilə Hüseyn qızı, 1984-cü il təvəllüdlü Həsənova Qətibə Məhəbbət qızı və 2016-cı il təvəllüdlü Həsənzadə Tunar Rafayıl oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR