Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü
Kateqoriya məlum deyil
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Qasım idarə etdiyi "VAZ-2199” markalı minik avtomobili ilə yolun kənarı ilə hərəkət edən həmkəndlisi, 1993-cü il təvəllüdlü Gülşən Məlikovanı vurub.
Qəza nəticəsində piyada aldığı ağır xəsarətlərlə rayon xəstəxanasına çatdırılsada orada vəfat edib.
Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
(report)






