Logo

Əfqanıstanda nazirin evinə basqın zamanı 8 nəfər öldü

Əfqanıstanda nazirin evinə basqın zamanı 8 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin evinə silahlı basqın edilməsi nəticəsində 8 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, paytaxt Kabulda həyata keçirilən silahlı hücum zamanı daha 20 nəfər xəsarət alıb.

Məlumata əsasən, nazirin evinə basqın edilərkən evin yaxınlığında maşın partladılıb, daha sonra isə bir neçə silahlı şəxs evə basqın edib. Hücum 5 saat ərzində davam edib və 5 silahlı döyüşçü zərərsizləşdirilib.

Bununla yanaşı, müdafiə naziri nə özünün, nə də ailə üzvlərinin xəsarət aldığını qeyd edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR