Logo

Qubada ağır yol qəzasında 2 nəfər öldü - 4 yaralı

Qubada ağır yol qəzasında 2 nəfər öldü - 4 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Quba-Qonaqkənd yolunun 2-ci kilometrliyində ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov "VAZ-2106" markalı minik avtomobilində idarəetməni itirərək Fərman Adıgözəlovun idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü Rauf Nəcəfov hadisə yerində həlak olub. 2000-ci il təvəllüdlü Taleh Hafiz oğlu Abıyev xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Həmin avtomobildə olan digər iki sərnişin - Qubanın İkinci Nügədi kənd sakini, 1992-ci il təvəllüdlü Rahim Elman oğlu Qəhrəmanov, Amsar kənd sakini, 2005-ci il təvəllüdlü Bəhruz İlham oğlu Şərafəddinov və "Qazel"də olan sərnişinlər - Quba şəhər sakinləri - 1972-ci il təvəllüdlü Elmar Abdulhəmid oğlu Babayev və 1968-ci il təvəllüdlü Azər İbrahim oğlu Məmmədov xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. // "Qafqazinfo”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR