Salyanda körpələri ölən ata danışdı - VİDEO

Salyanda körpələri ölən ata danışdı - VİDEO
Salyan doğum evində üçəm körpələrindən ikisini itirən ata Toğrul Fərəcov uşaqlarının işığın kəsilməsi nəticəsində oksigensiz qalaraq ölməsini inkar edənləri yalan məlumat verməkdə günahlandırıb. 
 
Toğrul Fərəcov bildirib ki, onun uşaqlar gecə saat 4-ə qədər sağ olublar.
 
"Yalan sözdür! Saat 04:00-a qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat işıqsız qalıblar", - deyə  üçəmlərin atası bildirib.
 
İki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev sağ qalan körpənin vəziyyətinin ağır olduğunu bildirib.
 
"Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan həddindən çox aşağıdır. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır", - deyə həkim Nəsib Quliyev söyləyib.
 
Publika.az //
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...