Logo

Erməni kombaynçı Azərbaycanla sərhədi pozdu

Erməni kombaynçı Azərbaycanla sərhədi pozdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Ermənistanın Sünik rayonunun Teq kəndinin kombaynçısı Azərbaycanla sərhədi keçib.

Sfera.az xəbər verir ki, bu barədə «Hraparak» nəşri yazıb.

Bundan sonra azərbaycanlılar onu sərhəddə saxlayıblar. «Hraparak»ın məlumatına görə, yerli icmanın rəhbəri Nerses Şadunts erməni sərhəd qoşunlarının komandanı ilə birlikdə səhər danışıqlar aparıb. «Danışıqlar başa çatıb. Kombaynçı ilə hər şey qaydasındadır, ona zərər dəyməyib. Sərhəd boyunca torpaq qazmaq üçün bir texnika gətirdim ki, artıq sərhəd keçidləri olmasın. Onların rəhbərliyi də gəldi. Belə halların olmayacağına razılaşdıq”, — deyə Şadunts izah edib. // Yenisabah.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR