Qubada 43 yaşlı kişi özünü asdı

Qubada 43 yaşlı kişi özünü asdı
Quba rayonunda intihar hadisəsi baş verib.

Sfera.az-ın verdiyi məlumata görə, hadisə Quba şəhərində qeydə alınıb.

Şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Feyruz oğlu Həsənov özünü yaşadığı evdə asaraq öldürüb.

F. Həsənovun psixoloji problemləri olduğu, əvvəllər də intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, F. Həsənov ailəlidir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR