Vətən müharibəsi iştirakçısının meyiti Kürdən tapıldı

Vətən müharibəsi iştirakçısının meyiti Kürdən tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Sfera.az nazirliyin saytına istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

Unikal.org-un əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur. O, Vətən müharibəsi iştirakçısıdır. İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.

OXŞAR XƏBƏRLƏR

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...

"Çin üçün 80 faiz kifayətdir" - ABŞ prezidenti

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Çinə tətbiq ediləcək yeni idxal rüsumları ilə bağlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki,...

Türkiyədə əməliyyat: 311,5 kq narkotik ələ keçirildi

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlar çərçivəsində 311,5 kiloqram narkotik maddə ələ keçirilib.   Sfera.az xə...

Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI

Axirətə - ölümdən sonra həyatın mövcudluğuna ən çox inanan ölkələrin adları açıqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, siyahıda müsəl...

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...