Logo

Ağdaşda DƏHŞƏTLİ QƏZA - Ölənlər və xəsarət alanlar var

Ağdaşda DƏHŞƏTLİ QƏZA - Ölənlər və xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.

Sfera.az xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR