Logo

Üzərinə dəmir qapı düşən qadın xəstəxanaya yerləşdirildi

Üzərinə dəmir qapı düşən qadın xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qaxda 38 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Sfera.az-ın məlumatına görə hadisə axşam saat 20:00 radələrində rayonun İlisu kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Səyalı Əhməd qızı Əfəndiyevanın üzərinə ehtiyatsızlıqdan dəmir qapı düşüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan S. Əfəndiyeva Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona sol çiynin sınığı və başın alın nahiyəsinin kəsilmiş-cırılmış yarası dioqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR